Modern.az

Obamadan Fransadakı terror barədə BƏYANAT

Obamadan Fransadakı terror barədə BƏYANAT

Dünya

15 İyul 2016, 09:18

 

ABŞ prezidenti Barak Obama Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi ilə bağlı bəyanatla çıxış edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Obama bu terroru dəhşətli cinayət adlandırıb. O deyib ki, ABŞ istintaqın aparılması üçün Fransaya hər cür yardım etməyə hazırdır.

 

Nitsada naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Terakt nəticəsində 80 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

 

Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər