Modern.az

Şübhəli çanta Nitsa aeroportunu bir-birinə QARIŞDIRDI

Şübhəli çanta Nitsa aeroportunu bir-birinə QARIŞDIRDI

Dünya

15 İyul 2016, 16:42

 

Nitsa aeroportunda şübhəli çanta səbəbindən bütün sərnişinlər təxliyə olunub. Modern.az saytı xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

 

Məlumata görə, terminallardan biri mühasirəyə alınıb. Aeroporta girişə məhdudiyyət qoyulub. Lakin bir müddət sonra məhdudiyyətlər aradan götürülüb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər