Modern.az

Hindistandakı iğtişaşlarda ölənlərin sayı 40-a çatıb

Hindistandakı iğtişaşlarda ölənlərin sayı 40-a çatıb

Dünya

15 İyul 2016, 22:23

Hindistanın Kəşmir əyalətində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.

İyulun 8-dən başlayan iğtişaşlara səbəb “Hizbul-Mücahidin” separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.

 

Pakistan “Camaati-İslami” partiyasının hərbi qanadı olan “Hizbul-Mücahidin” artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. “Hizbul-Mücahidin” Hindistanda terror qruplaşması hesab edilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər