Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu saatlarda şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir. İstanbul və Ankarada insanlar təşvişə düşüb. Buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmaısıdr. Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib.
Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib.
"Bunu edənlər ən ağır şəkildə bədəlini ödəyəcəklər", - Binəli Yıldırım bəyan edib.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.
Modern.az