Fransanın Nitsa şəhərində terror aktı zamanı bir qadın uşaq dünyaya gətirib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, Angel sahilində atəşfəşanlığa baxmağa gələn qadın terror aktı zamanı uşağı yaxınlıqdakı restoranlardan birində dünyaya gətirib.
Məlumata görə, qadın hamiləliyinin 9-cu ayında olub. Onun ətrafda baş verən hadisədən sarsıntı keçirdiyi və nəticədə sancısının tutduğu deyilir. Buna görə qadın sahildə yerləşən restoranlardan birində gizilənə və uşağını heç bir problem olmadan dünyaya gətirə bilib.
Restoranın əməkdaşları qadının vəziyyətinin ağır olduğu görüb, onu mətbəxə aparıblar və yaxınlıqda tibbi müəssisədən həkim çağırıblar. Həkimin köməkliyi ilə dünyaya gələn uşağı və ananı daha sonra xilasedicilər restorandan aparıblar.
Fransanın Nitsa şəhərində iyulun 14-də gecə baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub.
Modern.az