Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı Rusiya Prezidenti Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib.
Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.
R.T.Ərdoğan rus turistlərin təhlükəsizliyi üçün bütün tədbirlərin görüləcəyini vurğulayıb.
Telefon danışığında hər iki prezident şəxsi görüş barədə razılığa gəlib. Belə qərara gəlinib ki, prezidentlərin avqustun ilk həftəsində üzbəüz görüşü keçirilsin…
Modern.az