Türkiyənin baş naziri Binali Yıldırım 15 iyul tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı həlak olanların sayını açıqlayıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir “hərbi çevrilişə cəhd zamanı nə yazıq ki, 208 şəhidimiz var” deyib.
Həlak olanlardan 60-ı polis, 3-ü əsgər, 145-i isə mülki vətəndaşlardır.
Həbs olunanların sayının 7543 nədər olduğunu söyləyən Yıldırım deyib:
“Bu rəqəmlər dəyişə də bilər. Həbs olunanların 100-ü polis, 6038-i müxtəlif rütbəlo hərbçi, 755 nəfəri hakim-prokuror, 650 nəfər isə mülki şəxsdir".
Baş nazir deyib ki, hərbi çevrilişə cəhd edənlərdən 24 nəfər ölüb, 50 nəfər yaralanıb. İstintaq olunan həbsi gözlənilənlərin sayı 7271 nəfərdir.
Modern.az