Modern.az

Con Kerri: “Türkiyəyə xəbərdarlıq edirik ki, çox irəli getməsin”

Con Kerri: “Türkiyəyə xəbərdarlıq edirik ki, çox irəli getməsin”

18 İyul 2016, 16:38

ABŞ-ın dövlət katibi Con Kerri və Avropa İttifaqının rəsmisi Federika Mogerini Brüsseldə mətbuat konfransında bir araya gələrək, Türkiyədəki 15 iyun hərbi qiyamından sonra başlanmış kütləvi həbslərə münasibətlər bildiriblər.

Modern.az-ın  “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyədə baş verənlərə münasibət bildirən Con Kerri deyib: "Seçki yolu ilə hakimiyyətdə olanların yanındayıq, amma buna baxmayaraq, Türkiyəyə xəbərdarlıq edirik.

 

“Çevriliş cəhdi göstərənlərin məhkəmə önünə çıxarılmasını dəstəkləyirik. Lakin Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.

ABŞ rəsmisi NATO-nun Türkiyədə baş verənləri nəzərdən keçirəcəyini də söyləyib.

Ankarada baş verənlərə münasibət bildirən Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini isə deyib ki, Türkiyə edam cəzasını bərpa etməklə Aİ-na girə bilməz:

 

“Edam cəzasını tətbiq edən heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Türkiyə Avropa Şurasının bir parçasıdır. O, ölkə Avropa İnsan Haqları Konvensiyasına qoşulub və hüquqi prinsiplərə də əməl etməlidir”. 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər