Modern.az

AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır

 AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır

Aktual

18 İyul 2016, 17:03

 

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

 

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir