Modern.az

Çantasında qadın meyiti olan cinayətkar intihar etdi

Çantasında qadın meyiti olan cinayətkar intihar etdi

19 İyul 2016, 01:06

Moskva vilayətində əlindəki çantada öldürdüyü qızın meyiti olan kişi özünü öldürüb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, o, Noqinski rayonunda asılmış vəziyyətdə tapılıb.

İstintaqdan verilən məlumata görə, iyulun 18-də moskvalı qadın hüquq-mühafizə orqanlarına qızının yoxa çıxdığını bildirib. Polis məntəqəsinə gedən yolda əlində böyük çanta olan kişi öz məşuqu olan qadınla rastlaşıb. Çantada nə olduğunu göstərməsi xahiş ediləndən sonra 47 yaşlı kişi yükü orada qoyaraq aradan çıxıb. Qadın çantada 23 yaşlı qızının meyitini aşkar edib.

İlkin məlumata görə, qız boğularaq öldürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər