Modern.az

"Korrupsiya bu gün Azərbaycanın ən əsas problemi olaraq qalmaqdadır”

"Korrupsiya bu gün Azərbaycanın ən əsas problemi olaraq qalmaqdadır”

Qarabağ

25 Yanvar 2011, 19:10

Yanvarın 25-də Konstitusiya Araşdırmaları Fondunun (KAF) hazırladığı “Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin təqdimatı keçirilib.
Modern.az
məlumatına görə tədbirdə millət vəkilləri, QHT nümayəndələri, müstəqil ekspertlər və KİV təmsilçiləri iştrak edib.

Tədbirdə çıxış edən KAF-un prezidenti Əliməmməd Nuriyev bildirib ki, son illər Azərbaycanda da dövlət səviyyəsində korrupsiyaya qarşı sistemli və ardıcıl şəkildə mübarizə aparılmasına xüsüsi diqqət yetirilir.
“Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə əvvəki illərlə müqayisədə daha aktuallaşıb, məsələ həm ölkə, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirməsi sahəsində normativ aktlar qəbul olunub. Bütün bunlara baxmayaraq, korrupsiya bu gün Azərbaycanın ən əsas problemi olaraq qalmaqdadı”.

Daha sonra çıxış edən hüquqşünas Qulamhüseyn Əlibəyli bidirib ki, “Normativ hüquqi aktların antikorrupsion eksperiza haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsəd normativ hüquqi aktlarda və normativ hüquqi aktların layihələrində korrupsiya ilə əlaqadar hüquqpozmalara şərait yaradan müddəaların aşkara çıxarılması və aradan qaldırılması məqsədilə antakorrupsion  ekspertizanın hüquqi və təşkilati əsaslarını müəyən edilməsi və belə ekspertizanın keçirilməsi ilə əlaqadar yaranan münasibətləri nizama salınmasıdır.
Həmçinin qanun layihəsində korrupsiogen müddəaların təsnifatı verilib.

Mail Ağaxanov    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...