Modern.az

Türkiyə universitetlərindəki 1577 dekanın istefası TƏLƏB OLUNDU 

Türkiyə universitetlərindəki 1577 dekanın istefası TƏLƏB OLUNDU 

19 İyul 2016, 18:36

İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra dövlət qurumlarında çalışanlarla bağlı ciddi araşdırmalar aparılır. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, son 3 gündə minlərlə dövlət qulluqçusu vəzifəsindən kənarlaşdırılıb. Onlar Türkiyə hökumətinin terrorçu elan etdiyi FETÖ təşkilatı (Fətullah Gülən tərəfdarları) ilə əlaqəli olmaqda şübhəli sayılırlar. 

Bu arada Türkiyə Ali Təhsil Şurası (YÖK) bütün dövlət və vəqf üniversitetlərindəki 1577 dekanın istefasını istəyib. 

YÖK-dən verilən açıqlamada dekanların 1176-sının dövlət, 401-nin isə vəqf üniversitetlərində çalışdığı bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər