Pakistan polisi ordu komandanlığına ölkədə hakimiyyəti ələ keçirmək çağırışı edən “İrəli Pakistan!” hərəkatının lideri Mian Vahidi həbs edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Pakistanın bəzi şəhərlərində, o cümlədən İslamabad, Kəraçi, Lahor, Ravallindi, Peşəvərdə onun hərəkatının fəallarıquru qoşunlarının qərargah rəisi Rahil Şərifə ölkədə hakimiyyəti ələ keçirmək, prezident Nəvəz Şərifi devirməyə çağırışla bağlı plakatlar asıblar.
Modern.az