Modern.az

Tramp prezident seçkilərində qalib gələcəyinə SÖZ VERDI

Tramp prezident seçkilərində qalib gələcəyinə SÖZ VERDI

20 İyul 2016, 15:49

Respublikaçılar Partiyasının qurultayında ABŞ prezidentliyinə namizədliyi təsdiqlənən Donald Tramp nümayəndələrə noyabr ayında keçiriləcək seçkilərdə qalib gələcəyini vəd edib.

“Biz Ohayo ştatını və prezident postunu udaraq Vaşinqtona real dəyişikliklər gətirəcəyik”, - o, Nyu-Yorkda telekörpü vasitəsilə qurultaya müraciətində deyib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, milyarder Amerika ordusunun gücünün bərpa ediləcəyinə, terrorçulara qalib gəlinəcəyinə, veteranların qayğısına qalınacağına, qanun və qaydanın bərpa olunacağını da vəd edib.

 

Qurultay nümayəndələrinin səsverməsi zamanı Tramp vacib olan 1237 səs əvəzinə 1725 səs toplayaraq partiyanın prezident seçkilərində namizədi olub.

 
Namizədin qurultaya rəsmi müraciəti ənənəyə görə tədbirin sonuncu, dördüncü günü olur. Ancaq Tramp artıq iki dəfə nümayəndələr qarşısında çıxış edib. O, həftənin birinci günü şəxsən həyat yoldaşı Melanyunu təqdim edib, ikinci günü isə Nyu-Yorkdan video əlaqə vasitəsilə qoşulub.

 

Donald Trampın Demokratlar partiyasından rəqibi ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton olacaq.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər