Modern.az

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası yekunlaşıb

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası yekunlaşıb

Dünya

20 İyul 2016, 20:35

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra keçirilən ilk toplantısı başa çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən yığıncaq 4 saat 40 dəqiqə davam edib.

Toplantıda qəbul olunan qərarlar bir qədər sonra açıqlanacaq.

Qeyd edək ki, bu arada Türkiyədə uğursuz dövlət çevrilişi cəhdinə görə həbslər davam etdirilir. Türkiyə mətbuatının yazdığına görə, ən azı 788 nəfər, o cümlədən hərbçilər, polis əməkdaşları, müəllimlər terror təşkilatında üzvlük, Konstitusiyanın pozulması, demokratik seçilmiş hökumətin devrilməsinə cəhd və qəsdən adam öldürmə ittihamları ilə mühakimə olunacaqlar.

Həmin ittihamlar üzrə, mövcud qanunvericiliyə görə, vaxtından əvvəl azadlığa çıxma hüququ olmadan ömürlük həbs cəzası nəzərdə tutulur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər