Fransa parlamentinin yuxarı palatası olan Senat ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılması qərarını dəstəkləyib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Fransa parlamentinin aşağı palatası fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını təklif edib.
Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.
Modern.az