Türkiyə Silahlı Qüvvələri Müdafiə Nazirliyinin tabeliyinə verilə bilər. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu bildirib: “15 temmuz darbesinin iştirakçıları Türkiyə Silahlı Qüvvələrinin içərisinə sızmış Fətullahçı terror təşkilatının (FETÖ) üzvləridir. Ona görə həmin FETÖ-çularla Türkiyə Silahlı Qüvvələrini bir-birindən ayırmaq lazımdır. Həmin şəxslər vətənə xəyanət ediblər. Ancaq bunu tamamilə Türkiyə ordusuna şamil etmək yanlış olar. Türkiyə Silahlı Qüvvələrinin içərisində on minlərlə, yüz minlərlə vətənpərvər var”.
Modern.az