“Türkiyədə çevriliş cəhdi nəticəsində 246 nəfər həlak olub, daha iki min nəfər yaralanıb”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters" agentliyinə müsahibəsində bildirib.
Prezident fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması üçün üç aydan çox müddətə maneə görmədiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə edilən cəhddən sonra ölkədə 4000 min nəfər saxlanılıb. Saxlanılanlardan 103 nəfəri ordu generalıdır.
Modern.az