“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şuası ilə birgə həyata keçirdiyi “Qarabağ problemi Türk dünyasının ortaq problemidir” mövzusunda müzakirələrin sonuna həsr olunmuş tədbir keçirib. Azərbaycan Media Mərkəzində keçirilən tədbirdə bir sıra QHT rəhərləri, ictmai birlik nümayəndələri, gənclər təşkilatları, türk toplum təmsilçiləri və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Aqil Camal rəhbərlik etdiyi lahiyə çərçivəsində birliyin gördüyü işlərdən danışıb. O, bildirib ki, bu layihə 3 ay davam edib və bu müddət ərzində bir sıra mühüm görüşlər keçirilib. Görüşlərin əsas gündəliyi Azərbaycanın 20 ilə yaxındır yaşadığı Qarabağ həqiqətləri və türk dünyasını bu problemlər yaxından tanış etməkdir.
A.Camal çıxışında qeyd edib ki, hazırda Ermənistana kifayət qədər dəstək verən dövlətlər var. Azərbaycan isə uzun müddətdir davam edən Qarabağ probleminin həllində türk dünyasına arxalanır.
Türk dövlətləri arasında da məsələyə münasibət birmənalı deyil. Birlik sədri vurğulayıb ki, Qazağıstanda Xocalı soyqırımı ilə bağlı fotosərgi keçirmək üçün müraciət etsələr də, buna müsbət cavab verilməyib. Hətta, bu fikirlər təkcə Qazağıstanda deyil, digə türk toplumunda da mövcuddur.
Tədbirdə daha sonra Türkiyənin Bilkent Universitetinin əməkdaşı Həsən Əli Karasar çıxış edərək iki qardaş dövlətin problemlərinin bir olduğunu və problemlərin həllində bundan sonra da birlikdə çalışacaqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə mətbuatında bəzi ermənipərəst insanlar tərəfindən anti-Azərbaycan, anti-Türk düşüncələri mövcuddur. Ancaq buna bamayaraq, biz Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanındayıq.
Maraqlı müzakirələr şəraitində keçən tədbirdə müxtəlif fikirlər səslənib, mühüm məqamlar haqda mülahizələr aparılıb.
Konstitusiya Fondunun sədri Əliməmməd Nuriyev, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Bir Millət Yeddi Dövlət Konseyinin başqanı Azər Həsrət, türkoloq Ənvər Börüsoy, Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli, güney azərbaycanlı Sirus Azadi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Kadir Yıldız və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
|
|
|
|