Modern.az

Qərb mətbuatı: “2016 son dövrlərin ən pis illərindəndir”

Qərb mətbuatı: “2016 son dövrlərin ən pis illərindəndir”

Dünya

22 İyul 2016, 14:24

“Tarixdə elə illər olur ki, həmin zaman kəsiyində ard-arda baş verən və sürətlə dəyişən reallıq hadisələrin gedişatını izləməyə imkan vermir. Görünən odur ki, hazırda biz elə dövrlərdən birini yaşayırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalı yazır.

 

“Böyük Britaniyanın Avropa Birliyindən çıxması, ABŞ-da polislərin öldürülməsi, Nitsada terror aktı, Türkiyədə dövlət çevrilişinə cəhd və s. geridə qalan 6 ayda baş verənlərin bir qismidir. Bu fonda Suriyada davam edən dağıdıcı vətəndaş müharibəsi, Rusiya ilə NATO arasında münasibətlərin gərginləşməsi və ABŞ tarixinin ən populist siyasətçisi Donald Trampın Respublikaçılar partiyasından prezidentliyə namizəd olması dünyanın üzləşdiyi gerçəkliklər oldu”.

 

“Foreign Policy” jurnalı 2016-cı ili 1991-ci ildən sonra ən maraqlı il adlandırıb.

“2016-cı il ən pis illərdən biri olsa da, 1989 və 1991-ci illər qədər maraqlı olmayıb. Amma irəlidə daha 6 ay var. Lakin baş verən hadisələrin ardıcıllığı elə sürətlənə bilər ki, 2016-cı il digər illəri də geridə qoya bilər. Məsələn, 1968-ci ildə tələbə hərəkatları başlayanda bütün Avropaya yayılmışdı yaxud 1989-cu ildə sosializm sistemi Şərqi Avropada ard-arda süqut etmişdi. Son dövlər isə geosiyasətdə “ərəb baharı” və “rəngli inqilab”lar əsas tendensiyalar idi”.

 

“Foreign Policy” 2016-cı ilin ikinci yarsısının daha pozitiv dövr olacağına ümidlərini ifadə edib.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi