Modern.az

Yaponiyada DƏHŞƏT: 19 nəfəri bıçaqlayıb öldürdü

Yaponiyada DƏHŞƏT: 19 nəfəri bıçaqlayıb öldürdü

26 İyul 2016, 09:23

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, cinayət törədən 26 yaşlı Satoşi Uematsu adlı şəxsdir.

 

Onun hadisədən yarım saat sonra polisə təslim olduğu bildirilib.

Qatil deyib ki, əvvəllər həmin internatda çalışıb.

 

Modern.az 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?