Modern.az

Taun Əleyhinə Stansiyanın rəsmisi: "Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçməlidir"

Taun Əleyhinə Stansiyanın rəsmisi: "Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçməlidir"

28 Yanvar 2011, 17:18

Qonşu Gürcüstan və İranda “donuz qripi”nin (H1N1 virusu) yenidən baş qaldırması, xəstələnənlərin və ölənlərin olması Azərbaycana təhlükəni artırıb. Hazırda Azərbaycanda vəziyyət necədir və bu virusa yoluxma təhlkükəsi varmı?
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a acıqlamasında bildirib ki, təhlükə yaranıb, Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçməlidir.

“Avropanın iri şəhərlərində H1N1 virusunun ağırlaşmış formasından əziyyət çəkirlər. Ancaq hələki  Azərbaycanda belə qrip epidemiyası təhlükəsi yoxdur. Qonşu ölkələrdən bu xəstəliyin Azərbaycana gəlməsinin qarşısını almaq üçün  sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçməli və ölkəyə daxil olan bütün vətəndaşlar yoxlanmalıdır”.

Bu sözləri Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a acıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda H1N1 virusunun təhlükəsi yoxdur, amma bu o demək deyil ki, olmayacaq: “Azərbaycan İran, Türkiyə kimi qonşu ölkələrlə intensiv əlaqədədir və xəstəliyin qarşısını almaq üşün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş reşimində çalışmalıdır”.

Yolxucu infeksion xəstəlik olan H1Ni virusu hava, damcı, tənəfüs vasitəsilə yoluxa bilər. Ş.Qurbanovun sözlərinə görə, yoluxmuş şəxs xəstəliyin ilkin əlamətləri aşkar olunan kimi,  həkimə müraciət etməli və müayinədən kecməlidrlər.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu