Modern.az

Tanınmış şair öldü

Tanınmış şair öldü

31 İyul 2016, 15:50

Tanınmış sovet və rus şairi Fazil İsgəndər iyulun 30-da axşam 87 yaşında vəfat edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, o, özünü pis hiss edib, sonradan huşunu ititib. Yaxınları təcili yardım çağırıblar.

Fazil İsgəndər özünə gəlməmiş bioloji ölüm qeydə alınıb.

Onun kitabları arasında “Sandrodan olan Çeqema” roman-epopeyası, “Çikanın uşaqlığı” eposu,  “Düşünən Rusiya və amerikalı” esse-dialoqu kimi kitablarını, eləcə də “İnsan və onun ətrafı”, "Məktəb valsı, yaxud xəcalət Enerjisi”, “İnsan dayanacağı” və digər povestlərini misal çəkmək olar.

Modern.az 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu