Modern.az

Baş nazir avtomobil yolunda velosiped sürdüyünə görə cərimələndi

Baş nazir avtomobil yolunda velosiped sürdüyünə görə cərimələndi

31 İyul 2016, 20:02

Qazaxıstanın baş naziri Kərim Məsimov velosipedlə təyin olunmayan yerdən getdiyinə görə 10605 tenge cərimə ödəyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda o, özünün İnstaqgram səhifəsində xəbər verib.

“Cəriməyə əsas Astana-Borovoe magistralında çəkilən foto olub. Bu yolda velosipedlə hərəkət etmək olmaz”, - baş nazirin şəxsi saytında bildirilir.

Məsimov qeyd edib ki, qanun və qayda hamı üçün eynidir: “Velosipedlə hərəkət edən baş nazir üçün də fərqi yoxdur”.

Məsimov cərimə ödədiyini sübut etmək üçün qəbzin fotosunu da göstərib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?