Manhettenin federal hakimi Endryu Karter bu həftə Birləşmiş Ştatlardan və Özbəkistandan olan vəkillərə məhkəmədən kənar qaydada Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın ofşor hesablarında bağlanmış yüzlərlə milyon dolların taleyi barədə razılığa gəlmək cəhdləri üçün daha 3 ay vaxt verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, həmin razılıq onun yaxınları və nəzarət etdiyi şirkətlərdən əldə olunmalıdır.
Əvvəlki 3 aylıq müddət iyulun 31-də başa çatır. Hakim Karter hazırda tərəflərə oktyabrın 31-dək vaxt verib. Əgər onlar sülh yolu ilə razılaşmasalar, məhkəmə çəkişməsi başlayacaq.
Proses bir il əvvəl, ABŞ hökuməti 100 milyon dollarla bağlı mülki iddia qaldırıb. Guya hansısa özbək məmur rüşvət qismində Vimpelcom və MTS Rusiya rabitə operatorlarına Avropa banklarında yatan pulu rüşvət kimi ödəyib.
Dünya KİV-i başlanğıcdan ehtimal ediblər ki, həmin dövlət məmuru Gülnarə Kərimovadır. Bu ilin əvvəlində isə ABŞ hökuməti ilk dəfə onun adını məhkəmə sənədində çəkib.
Ötənilki iddiada söhbət 300 milyon dollardan gedirdi. Bu il isə ABŞ daha 550 milyonla bağlı iddia irəli sürüb.
Modern.az