Modern.az

Prezidentliyə namizədin arvadının erotik fotoları yayıldı - FOTOLAR

Prezidentliyə namizədin arvadının erotik fotoları yayıldı - FOTOLAR

31 İyul 2016, 23:37

Amerikada Demokratlar Partiyasının təmsilçiləri ilə bağlı olan mətbuatda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı kompromatların yayımı davam edir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, indi jurnalistlərin hədəfi onun həyat yoldaşı Melanya Tramp olub.

“New York Post” keçmiş fotomodelin sosial şəbəkələrdə əvvəllər yayılan erotik fotolarını tapıb. Açıq-saçıq formada çəkilən fotolar qəzetin birinci səhifəsində yerləşdirilərək yazılıb ki, hələ heç kim belə potensial birinci ledi görməyib.

Fotoların şərhində bunlar da yazılıb: “Donald Tramp hesab edir ki, onun arvadı nümunəvi birinci ledi olacaq və bunun sübutu. Uzunayaqlı sloveniyalı model, Melanya K. təxəllüsü ilə tanınan, 25 yaşı olanda çəkilib. Açıq-saçıq fotolar 1995-ci ildə Manhettendə çəkilib”.

Trampın reaksiyası təmkinli olub, o, həmin qəzetdə fotolarla bağlı şərhini verib:  “Melanya ən uğurlu modellərdən biri olub. Onun çoxlu fotosessiyaları var, onların arasında aparıcı jurnalların üz qabığına çəkilənlər də olub. Bu şəkillər Avropa jurnalı üçün mən Melanya ilə tanış olmazdan əvvəl çəkilib. Avropada belə fotolar çox yayılıb, onlar çox dəbli hesab olunur”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi