Modern.az

Türkiyə Almaniyadakı səfirini geri çağırdı

Türkiyə Almaniyadakı səfirini geri çağırdı

1 Avqust 2016, 13:22

Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu Almaniyada yaşanan hadisələrdən sonra geri çağırılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Köln şəhərində 40 min nəfərin qatıldığı mitinqdə qurulan böyük ekranlar vasitəsi ilə Prezident Rəcəp Tayyib Ərdoğanın canlı olaraq qoşulması və danışmasını tələb edib.

 

Ancaq Almaniya Məhkəməsi bu tələbi, “ Xarici hökumət mənsubları və dövlət başçılarının açıqlamalarının canlı olaraq kütlələrə təqdim etməyin nümayiş və toplanma azadlığının təminatında olmadığını” vurğulayaraq qəbul etməyib.

 

Bu addımdan narazı qalan Ankara adekvat cavab addımları atıb.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?