Türkiyədə daha bir terror aktı törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bingöl şəhərində baş verib. Belə ki, Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.
Terror aktı nəticəsində 5 polis şəhid olub. Hadisədə 2-si ağır olmaqla 4 polis yaralanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.
İlkin məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onlardan bəzilərinin həyatını xials etmək mümkün olmadığı bildirilir.
Modern.az