Modern.az

Kılıçdaroğlu Ərdoğana qarşı şikayətlərini geri götürür

Kılıçdaroğlu Ərdoğana qarşı şikayətlərini geri götürür

1 Avqust 2016, 20:41

Türkiyənin əsas müxalifət partiyasının lideri ölkə prezidentinə qarşı bütün məhkəmə iddialarını və şikayət ərizələrini geri götürür. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib.

Kamal Kılıçdaroğlu bununla bağlı qərarını isə prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq addımından sonra qəbul edib.

Qeyd edək ki, Türkiyə prezidenti bu gün ölkə müxalifətinin liderləri ilə bağlı bütün məhkəmə iddialarını geri götürüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?