Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,63 faiz azalaraq bir barelə görə 41,95 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,11 faiz ucuzlaşaraq 39,89 dollar təşkil edib.
Modern.az