Türkiyə Silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi və əməkli ordu generalı İlker Başbuğ “CNN Türk”də 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı önəmli bəyanatlar verib. Modern.az bildirir ki, onun iddiasına görə, 15 iyulda dövlət çevrilişinə cəhdi planlaşdıran, idarə edən və quran əsas qüvvə camaatdır.
“15 iyulu hərbi çevriliş kimi qiymətləndirmirəm. Türkiyə hərbi çevrilişlərlə qarşı-qarşıya qaldı. Bunlara quruluş kimi baxdığımız iki quruluş görürük. Birincisi silahlı qüvvələrin həyata keçirdiyi çevrilişlər, məsələn, 12 sentyabr hərbi çevrilişi. İkincisi, 27 may xuntası kimi kənardan əlaqəsi olmayandır”, - İlker Başbuğ vurğulayıb.
Onun sözlərinə görə, 15 iyul çevriliş cəhdi təşəbbüsündə Türkiyə Silahlı Qüvvələrinə sızan bir xunta var: “Haradan təlimat alır? Fetullah Güləndən. O zaman bu camaatın silahlı çevriliş cəhdidir. Bu, camaat tərəfindən təşkil edilən, nümunə olmayan təşəbbüsdür. Silahlı qüvvələrin bir qismini istifadə edərək kənardakıların məqsədlərini həyata keçirmək üçün edilən bir hadisədir”.
İlkər Başbuğ deyib ki, 14 iyul günü onların yerləşdiyi regiondan hərbi helikopter keçib: “Normal personal daşıma helikophteri idi. Cümə günü sahildə otururuq, bir, ya da iki dəfə helikopter görmüşəm. Eyni zamanda da sahil təhlükəsizlik qayıqları gördüm. Hərəkətlilik vardı. Bir az qəribə gəldi. Diqqətimi çəkdi, amma qətiyyən bir çalışma olacağı ağlımın ucundan keçmədi. Səmimi desək, açığı belə bir çevriliş cəhdini gözləmirdim”.
Onun iddiasına görə, 15 iyul dövlət çevrilişi cəhdinin əsas onurğa sütunu qətiyyətlə camaatdır: “İkincisi, böyük bir ehtimalla anında etməsi gərəkən hərəkəti etməyənlər, gecikənlər, tərəddüdə düşənlər var. Bunlar camaatçımıdır, xeyr. Belə bir qrup da var bunların içində. Üçüncü qrup isə camaatçı olmamasına baxmayaraq buradan istifadə etmək istəyən bəzi insanlar ola bilər”.
Modern.az