Modern.az

Bu gün “Qarabağ” - “Viktoriya” matçı keçiriləcək

Bu gün “Qarabağ” - “Viktoriya” matçı keçiriləcək

2 Avqust 2016, 10:38

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhrəmov adına Respublika stadionunda “Viktoriya”nı sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq.

 

Qeyd edək ki, ”Qarabağ” qalib gələcəyi təqdirdə Azərbaycan futbolu tarixində Çempionlar Liqasının III təsnifat mərhələsini uğurla addımlayan ilk komanda olacaq.

 

Çexiyada keçirilmiş oyunda 0-0 hesablı bərabərlik qeydə alınmışdı.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB