Ermənistanın “İrs” partiyasının tanınmış xadimləri – David Sanasaryan və Ovsep Xurşudyan həbs olunublar. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Yerevan Ağsaqqallar Şurasının üzvü, “İrs”in mətbuat katibi David Sanasaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun vəkili Robert Revazyan deyib ki, müdafiə etdiyi şəxsə qar.ə kütləviqarşıdurmaların təşkili ilə bağlı ittiham irəli sürülüb. Digər müxalifətçi də eyni cinayəti törətməkdə təqsirkar bilinir.
Vəkili Seda Safaryanın sözlərinə görə, bu əvvəlcədən müəyyənləşdirilən işdir: “Məhkəmələrdə müxalif düşüncəli şəxslərə qarşı siyasi proseslər gedir, heç bir əsas olmadan həbs olunurlar”.
Modern.az