Modern.az

Türkiyədə daha 250 hakim və prokuror həbs olundu

Türkiyədə daha 250 hakim və prokuror həbs olundu

2 Avqust 2016, 12:23

Türkiyədə bu sabah fətullahçıların həbs olunması məqsədi ilə məhkəmə və prokurorluq orqanlarında xüsusi əməliyyat keçirilib. Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, hərbi çevrilişə cəhddə və Fətullahçılarla əlaqədə  şübhəli bilinən 250 hakim və prokuror bu gün İstanbulda həbs edilib. Əməliyyat zamanı Fətullahçılarla əlaqədə olduğu şübhəli bilinən 50 hakim və prokuror axtarışa verilib.

 

Həmin şəxslərin ölkə hüdudlarını tərk etməsi də ehtimal olunur. Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?