Modern.az

Ərdoğan Putinlə planlaşdırılan görüşü barədə DANIŞDI

Ərdoğan Putinlə planlaşdırılan görüşü barədə DANIŞDI

Dünya

2 Avqust 2016, 17:15

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinlə planlaşdırılan görüşü haqda danışıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüş zamanı prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə edəcək.

 

“Mən avqustun 9-da Sankt-Peterburqda prezident Putinlə görüşəcəm. Onunla ikitərəfli iqtisadi münasibətlərdə yaranmış böhranı müzakirə etməklə yanaşı, Türkiyənin böyük həssaslıq nümayiş etdirdiyi təyyarə böhranından da söz açacam”.

 

Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Suriya sərhəddində Rusiyaya məxsus SU-25 təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər kəskin pisləşmişdi.

 

Vüqar İSMAYILOV     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?