Son bir həftədə Meksikada naməlum şəxslər artıq üçüncü məmuru, şəhər rəhbəri vəzifəsində çalışan şəxsi öldürüblər. Modern.az xarici mediaya istinadən bildirir ki, bu dəfə cinayətkarların qurbanı Puebla ştatının Ueuetlana şəhərinin meri Xose Santamariya Savala olub.
Mer öz avtomobilində gedərkən güllələnib. O, aldığı yaradan yerindəcə keçinib. İyulun axırında naməlum şəxslər tərəfindən Qerrero ştatının Punqarabato şəhərinin meri Ambrosio Soto Duarteyə hücum edilib.
İyulun 23-də isə Çyapas ştatında hindistanlıların San-Xuan-Çamula şəhərinin administrasiya rəhbərini qəzəblənmiş şəhər sakinləri qətlə yetiriblər.
Modern.az