Modern.az

Dəniz Baykalın intim görüntülərində Gülən izi

Dəniz Baykalın intim görüntülərində Gülən izi

2 Avqust 2016, 21:46

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın bir neçə il öncə FETÖ şəbəkəsi tərəfindən intim görüntülərlə şantaj edildiyi məlum olub. Modern.az saytı Axar.az-a istinadən bildirir ki, bu barədə Ankara Cümhuriyyət Prokurorluğunun məlumatında deyilir.

 

Məlumata görə, Baykalın yaşadığı evə FETÖ-cular tərəfindən bir neçə kamera və dinləmə cihazları yerləşdirilib.

 

Bundan əlavə, Baykala qarşı bu işi həyata keçirənlərlə Ərdoğanın özəl danışıqlarını dinləyənlərin eyni şəxslər olduğu öyrənilib.

 

Xatırladaq ki, bir neçə il öncə CHP sədri Dəniz Baykalın intim görüntüləri yayılmışdı. Bu olay Türkiyə mediasında "kaset olayı" adı ilə xatırlanırdı.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?