Modern.az

Fətullah Gülənə bağlı daha bir məktəb bağlandı

Fətullah Gülənə bağlı daha bir məktəb bağlandı

2 Avqust 2016, 22:10

Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Xartumdakı səfiri Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

 

"Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib", - deyə səfir vurğulayıb.

 

C.Ayhan əlavə edib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir: "Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?