Modern.az

Cəlilabad sakinini əqrəb sancıb

Cəlilabad sakinini əqrəb sancıb

Dünya

2 Avqust 2016, 22:44

Cəlilabad rayonunun Zopun kəndində 45 yaşlı qadını əqrəb sancıb. Modern.az saytı Region TV-yə istinadən xəbər verir ki, kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb.

 

O, əvvəlcə buna əhəmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra baş verənlər barədə yaxınlarına xəbər verib.

 

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub.

 

Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?