Modern.az

İrəvanın mərkəzində yenidən mitinqlər başlayıb

İrəvanın mərkəzində yenidən mitinqlər başlayıb

2 Avqust 2016, 23:24

İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, mitinqə “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib. O, çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunacaqlarına və yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.

 

O əlavə edib ki, mitinq planlı şəkildə keçirilmir və istəyən şəxs mikrofona yaxınlaşaraq çıxış edə bilər.

 

Çıxış edən “Missiya” partiyasının nümayəndəsi Manuk Sukiasyan “İrs” partiyasının sədr müavini Armen Martirosyan, partiya üzvü David Sanasaryan və politoloq Andrias Qukasyanın həbsinin təfərrüatlarını açıqlayıb.  

Çıxış edən müxalifətçi “Təsis parlamenti” hərəkatının üzvləri Jirayr Sefilyan və Alek Yeniqomşyanın azadlığa buraxılmasını tələb edərək müddətsiz aclıq aksiyası elan edib. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?