Modern.az

Ləğv olunan bankların əmanətçilərinə 5 milyon manat ödənildi

Ləğv olunan bankların əmanətçilərinə 5 milyon manat ödənildi

İqtisadiyyat

3 Avqust 2016, 10:51

Avqust ayının 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, avqustun 2-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 2 mln. 273 min 767 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 847 min 792 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 min 928 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 min 355 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 4 mln. 959 min 841 manatdan artıq kompensasiya ödənilib.

 

Qurum ictimaiyyətin nəzərinə çatdırır ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

 

Fond onu da bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

 

Martın 2-dən əvvəl illik 12%-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal