Hindistanın qərbindəki körpünün dağılması nəticəsində 22 nəfər itkin düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın qərbindəki Maharaştra əyalətində Qoqa şəhərini Mumbai ilə birləşdirən yoldakı tək zolaqlı körpü bölgədə təsirli olan şiddətli yağışların artması nəticəsində səhər saatlarında dağılıb.
İki avtobusun çaya düşməsi nəticəsində 22 nəfər itkin düşüb.
Şiddətli yağışlar səbəbindən xilasetmə qrupları ilə yanaşı, dalğıcların da iştirak etdiyi axtarışda hələlik heç bir nəticə əldə olunmayıb.
Mirmahmud KAZIMOĞLU