Modern.az

Uşaq sahibi ola bilməyən ər arvadının əllərini kəsdi

Uşaq sahibi ola bilməyən ər arvadının əllərini kəsdi

3 Avqust 2016, 13:38

Keniyada uşaq sahibi ola bilməyən adam "qısır" olmaqda günahlandırdığı arvadının əllərini kəsib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniyanın Makakos şəhərinə yaşayan 34 yaşlı Stefan Nigila  27 yaşlı arvadı Jaklin Mvende ilə  illərdir evli olduqları halda uşaq sahibi ola bilmədiyi üçün onun əllərini balta ilə kəsib.

 

 Nigila hadisədən qısa müddət sonra yaxalanıb. Polis cütlüyün bir müddət əvvəl xəstəxanaya gedərək müayinədən keçdiyini və övlad sahibi olmamağına səbəb isə problemin onun ərində olduğunu müəyyən edib.

 

 Amma buna baxmayaraq Nigilanın yoldaşını günahlandırdığı və özünə görə cəzalandırdığı qeyd olunub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?