Türkiyənin “Evrensel” qəzetinin əməkdaşı Xazal Olmez İstanbulda döyülüb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, hamilə qadına hücumun səbəbi həddən artıq açıq-saçıq geyinməsi olub.
“Mən işdən çıxıb həmişəki kimi marşrutla evə gedirdim. Kimsə gözlənilmədən arxadan saçımdan dartdı. Çevriləndə pərəncədə gördüyüm qadından nə baş verdiyini soruşdum, o, hücumunu davam etdirib açıq-saçıq geyinməkdə və Fətullah Gülənin tərəfdarı olduğumu dedi”, - Olmez vurğulayıb.
Məlumata görə, hücum edənlər iki qadın iştirak və bir kişi olub. “Bir neçə dəqiqə sonra uzun saqqallı kişi
Olmezin sözlərinə görə, o, hətta yıxılandan sonra da döyülüb. Onu yaşlı qadın hücum edənləri sakitləşdirərək xilas edib. Həkimlər hücum nəticəsində onun gələcəkdə dünyaya gətirəcəyi uşağın zədə ala biləcəyini istisna etməyiblər.
Modern.az