Modern.az

Neft Fondunun icraçı direktoru ad gününü qeyd edir

Neft Fondunun icraçı direktoru ad gününü qeyd edir

31 Yanvar 2011, 11:22

31 yanvar tarixi Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun ad günüdür. Modern.az saytının məlumatına görə,  Şahmar Arif oğlu Mövsümov 1972-ci il yanvarın 31-də Naxçıvan şəhərində anadan olub. 1990 – 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. İxtisasca iqtisadçıdır. 2003 – 2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına hökumət məktəbində dövlət maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin dissertantıdır. 1995 – 2004-cü illərdə ABŞ, İngiltərə, Fransa, İsveçrə və digər ölkələrdə müxtəlif ixtisasartırma kurslarında iştirak edib.

Ş.Mövsümov 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005-2006-cı illərdə Milli Bankın Baş direktoru vəzifəsində işləyib. O, ipoteka kreditləşməsinin Azərbaycan modelinin yaradıcısıdır və bu model əsasında 2005-ci ildə İpoteka kreditləşməsi konsepsiyası və müvafiq qanunvericilik paketi yaradılıb.
15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışır.

2006-cı il 30 noyabr tarixindən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət Komissiyasının sədridir.

İngilis, fransız, rus, türk dillərini bilir.

Evlidir, üç övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI