Modern.az

Uğursuz eniş edən təyyarənin 10 sərnişini xəstəxanaya çatdırıldı

Uğursuz eniş edən təyyarənin 10 sərnişini xəstəxanaya çatdırıldı

3 Avqust 2016, 17:49

Dubay aeroportunda uğursuz eniş edən “Emirates” şirkətinə məxsus təyyarənin 10 sərnişini xəstəxanaya çatdırılıb.

 

“Gulf News” qəzetinin məlumatına görə, onlar hadisə zamanı aldıqları yanıq xəsarətindən və ya tüstüdən boğulma səbəbindən xəstəxanaya aparılıb.

 

Xatırladaq ki, uğursuz enişdən sonra təyyarənin mühərrikində partlayış baş vermişdi. Hadisə zamanı hava gəmisində 300 nəfər olub.

 

Onlardan 282-si sərnişin, 18-i isə heyət üzü olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?