İraq-Şam İslam Dövləti (İŞİD) “Boko Haram” terror qruplaşmasının lideri Əbubəkr Şekaunu əvəzləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın yeni lideri Əbu Musaba əl-Barnavi təyin edilib.
O, artıq məscidlərə hücum etməyəcəklərini və yaraqlılarına da buna imkan verməyəcəyini vəd edib. “Boko Haram”ın keçmiş liderinin təşkilatda yeni rolunun nədən ibarət olacağı haqda isə xəbər verilmir.
Modern.az