Modern.az

Nigeriyanın milli futbol komandasının olimpiadaya getməyə pulu yoxdur

Nigeriyanın milli futbol komandasının olimpiadaya getməyə pulu yoxdur

3 Avqust 2016, 21:18

Afrikanın ən güclü milli komandalarından biri, 1996-cı ildə Olimpiya çempionu olan Nigeriya avqustun 4-də Yaponiyaya qarşı ilk oyununa çıxmalıdır. Modern.az xarici mediaya istinadən bildirir ki, buna baxmayaraq, nigeriyalıların oyunu Milli Futbol Federasiyasındakı maliyyə çətinliyinə görə buraxmaq təhlükəsi var.

Sonuncu Nigeriya hava yollarına Atlantlara qədər yol pulunu verdi, ancaq menecerlər qarşısında Rio-de Janeyroya qədər bilet almaq tapşırığı qoyulanda aydın olub ki, bunun üçün millinin hesabında pul yoxdur.

Bu ilin fevral ayında Nigeriyanın baş məşqçisi təyin olunan Samson Siasia hələ də əmək haqqını ala bilmir, onun sələfi Sandey Olise isə öz postunu maliyyənin çatışmazlığı səbəbindən tərk edib.

Braziliyada keçirilən Olimpiya oyunlarına bu gün start verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?