İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Təhsil Nazirliyi regionda fəaliyyət göstərən Fetullahçı Terror Təşkilatına (FETÖ) aid 20 məktəbin bağlanmayacağını bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla bağlı nazirlik tərəfindən yazılı açıqlama yayılıb.
“Bir neçə gündür ki, mediada Kürdüstan bölgəsində 20 məktəbə malik 12 min 719 şagirdə təhsil verən İşıq məktəblərinin bağlanılacağına dair iddialar dərc olunur”, - açıqlamada vurğulanır.
Açıqlamada sözügedən məktəblərin bağlanması və ya gələcəkdə necə idarə edəcəklərinə dair hökumət tərəfindən nazirliklərinə hər hansı bir rəsmi qərarın göndərilmədiyi də yer alıb: “Tələbələrin ümumi mənfəəti hər şeyin üstündə tutulur və mövcud vəziyyətdə məktəblərin qapıları da bağlanılmayacaq”.
FETÖ-nun İraq Kürd Regional Rəhbərliyində Ərbil şəhəri başda olmaqla Süleymaniyyə, Duhok və Haləpçə şəhərlərində müxtəlif təhsil müəssisələri var. Bununla yanaşı, təşkilatın Ərbil mərkəzli Devran FM adlı ümumrespublika bir də radiosu var.
Modern.az