Modern.az

Uruqvay elektrik enerjisiz qalıb

Uruqvay elektrik enerjisiz qalıb

4 Avqust 2016, 00:32

Avqustun 3-də Uruqvayda elektrik enerjisinin geniş miqyasda kəsilməsi hadisəsi baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə yerli UTE elektrik şirkəti məlumat yayıb.

Şirkətin məlumatına görə, təqribən 1,2 milyon abunəçi elektrik enerjisindən məhrum olub.

"Biz hesab edirik ki, müştərilərin 85%-i zərər çəkib, lakin hazırda onlardan yalnız bir qisminə elektrik enerjisi verilişi bərpa olunmayıb", — deyə UTE-nin mətbuat katibi Alisiya Dutra bildirib.

İşığı kəsilməyən yeganə yer Argentina ilə sərhəddə yerləşən ərazi olub.

Elektrik enerjisinin kəsilməsinə "Salto-Qrande" SES-dən gələn yüksəkgərginlikli elektrik ötürücü xəttdə yaranan nasazlıq səbəb olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?